Ronaldudan nəcib addım: Oteli zəlzələdən əziyyət çəkənlərə ayırdı
Xeyirxah əməlləri ilə də nüfuz qazanmış Portuqaliya yığmasının lideri Kriştianu Ronaldu növbəti nəcib addımı ilə diqqət mərkəzinə düşüb.
Mediasport.az xəbər verir ki, dünya futbolunun canlı əfsanəsi Mərakeşdə baş vermiş dəhşətli zəlzələyə yardım əlini uzadıb.
"Əl-Nəsr"in hücumçusu bu ölkədə baş vermiş və çoxsaylı insan tələfatı ilə müşayiət olunan dağıdıcı zəlzələdən əziyyət çəkənlərə külli miqdarda maliyyə yardımı edib.
38 yaşlı ulduz futbolçu, həmçinin, Mərakeşin Marrakeş şəhərində yerləşən "Pestana CR7 Marrakech" adlı 4 ulduzlu otelini zərərçəkənlər üçün ayırıb.
Qeyd edək ki, dünən səhər saatlarında Əl-Hauz rayonunda qeydə alınmış 7 ballıq zəlzələ nəticəsində həyatını itirənlərin sayı 2400 nəfərə çatıb.