Ruslar ən güclü azərbaycanlını seçir: Qurbanov Süleymanova qarşı
Rusiyanın “Matç TV” kanalı ənənəvi olaraq instaqram səhifəsində hər həftə Premyer Liqada eyni ölkədən olan futbolçular arasında ən yaxşıları seçməyi izləyicilərin öhdəsinə buraxır.
mediasport.az xəbər verir ki, qonşu ölkənin idman telekanalının sosial şəbəkə hesabında bu həftə Rusiya Premyer Liqasında çıxış etmiş ən güclü azərbaycanlının adına aydınlıq gələcək.
Bu gün başladılan səsvermə Olimpiya sistemi ilə keçirilir. Yarımfinaldakı səsvermə zamanı rəqib cütlüklər belədi:
Nazim Süleymanov- Qurban Qurbanov
Vaqif Cavadov – Ramil Şeydayev
Səsvermədə isə izləyicilərə millimizin sabiq üzvləri: Mahir Şükürov, Deni Qaysumov, Lev Mayorov, David Karayev, Dmitri Kramarenko, Ruslan Abışov, Maqomed Kurbanov, Emin Mahmudov, Vəli Qasımov, Narvik Sırxayev də təklif edilib.
Səsvermə bu gün bitəcək və qalib də yaxın saatlarda müəyyən olacaq.