Avroliqada TARİXİ GÜN: "Qarabağ" vaxtından əvvəl pley-offa çıxa bilər
Bu gün Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində "Nant"ın qonağı olacaq "Qarabağ" daha bir tarixi nəticəyə imza ata bilər.
mediasport.az xəbər verir ki, Qurban Qurbanovun komandası Fransada məğlub olmasa, Azərbaycan futbolu adına növbəti ilki reallaşdırmış olacaq.
Qrupda keçirdiyi 4 oyuna 7 xal qazanan Ağdam təmsilçisi səfərdən azı 1 xalla qayıtsa, sonuncu turun nəticəsindən asılı olmayaraq, Avropa Liqasında ilk dəfə pley offa vəsiqəni təmin edəcək.
Bakı vaxtilə saat 23:00-da başlanacaq görüşü danimarkalı hakimlər briqadası idarə edəcək.
Avropa Liqası. Qrup mərhələsi. 5-ci tur
G qrupu
"Nant" - "Qarabağ"
Baş hakim: Yakob Kehlet
Yan xətt hakimləri: Lars Hummelqard, Viktor Skite
Dördüncü hakim: Yorgen Burçard (hamısı Danimarka)
VAR hakimləri: Yeroen Manskot, Rob Diperink (Niderland).
Hakim-inspektor: Peter Sippel (Almaniya)
UEFA nümayəndəsi: Amil Gerina (Monteneqro)
Xal durumu: "Frayburq" - 10, "Qarabağ" - 7, "Nant" - 3, "Olimpiakos" - 0