Sabah bu futbolçular "Qəbələ"yə kömək edə bilməyəcəklər

Sabah bu futbolçular "Qəbələ"yə kömək edə bilməyəcəklər

"Qəbələ" Premyer Liqanın 16-cı turu çərçivəsində "Səbail"ə qarşı keçirəcəyi oyuna itkilərlə hazırlaşır.

mediasport.az xəbər verir ki, hazırlıq prosesində komandanın iki futbolçusu iştirak etmir.

Braziliyalı hücumçu Rafael Utziq bərpa prosesini davam etdirir. Rüfət Əhmədov isə əməliyyat sonrası reabilitasiya dövrü keçir.

Qəbələ şəhər stadionunda oynanılacaq matç sabah saat 14:30-da başlanacaq.