Joze Alesio: "Səhvlərimizin ucbatından qapımızda qollar gördük"

Joze Alesio: "Səhvlərimizin ucbatından qapımızda qollar gördük"

Futzal üzrə milli komandamızın baş məşqçisi Joze Alesio da Silva "DÇ-2024"ün ilkin seçmə mərhələsi çərçivəsində keçirilən Polşa ilə (4:3) oyun barədə fikirlərini bölüşüb.

MediaSport.az xəbər verir ki, braziliyalı mütəxəssis qələbə baxmayaraq, bəzi məqamda oyuna nəzarəti əldən verdiklərini deyib.

"Planlaşdırdıqlarımızı həyata keçirə bildik. Sadəcə, hesab 3:1 olandan sonra konsentrasiyanı itirərək iki qol buraxdıq. Polşa üç qol vurmadı, biz üç qol buraxdıq. Səhvlərimizin ucbatından qapımızda qollar gördük. Amma istənilən halda qalib gəlməyi bacardıq. Futbolçularımı təbrik edirəm. Bu gün çox güclü komandaya qarşı oynadıq. Vacib üç xal qazandıq".

Alesio millinin DÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Yunanıstana qarşı keçirəcəkləri matçdan gözləntilərini dilə gətirib: "Heç bir oyun asan deyil. Yunanıstana qarşı görüş də çətin olacaq. Daha yaxşı hazırlaşacağıq. Polşa ilə oyunun davamını gətirmək lazımdı. Yunanıstanı məğlub edərək altı xalla qrupda ilk pillədə qərarlaşmaq istəyirik".

Milli komandamız oktyabrın 11-də Afinada Yunanıstanın qonağı olacaq.