"Neftçi" mübarizəni dayandırdı

"Neftçi" mübarizəni dayandırdı

3x3 basketbol üzrə Dünya Qadınlar Seriyasının İsveçrədəki Friburq mərhələsində 1/4 finala çıxan "Neftçi" komandası növbəti oyununu keçirib.

MediaSport.az xəbər verir ki, təmsilçimiz Portuqaliya millisi ilə qarşılaşıb.

Görüş "ağ-qaralar"ın məğlubiyyəti ilə başa çatıb - 15:18.

Qeyd edək ki, Bakı klubu bir müddət əvvəl Şuşa və Netanya mərhələlərinin qalibi olub.