Sərbəst güləş üzrə yığmamız da Avropa çempionu adını qazanıb
Ölkəmizdə təşkil olunan güləş üzrə U-23 Avropa çempionatı başa çatıb.
Mediasport.az xəbər verir ki, sərbəst güləş üzrə yığmamız da komanda hesabında 1-ci yeri tutub.
1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan millimiz 137 xal toplayaraq Avropa çempionu olub. Türkiyə (119) ikinci, Moldova (96) isə üçüncü yeri tutub.
Komandamızın heyətində Cəbrayıl Qadjiyev qızıl, Kənan Heybətov (70 kq) və Ali Tsokayev (79 kq) gümüş, Nürəddin Novruzovla (61 kq) Arseniy Djioyev (86 kq) isə bürünc medal qazanıb.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə yığmamız da ümumi hesabda Avropa çempionu adına yiyələnib.
Qadınlardan ibarət komandamız 1 qızıl, 1 gümüş və 1 bürünc medalla 3-cü olub.