Paris-2024: Azərbaycanın dörd idmançısı mübarizəyə start verir
Fransanın paytaxtı Parisdə keçirilən 17-ci Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın 4 idmançısı mübarizəyə qoşulacaq.
Mediasport.az xəbər verir ki, paraüzgüçü Raman Saley S12 kateqoriyasıda 100 metr məsafəyə arxasıüstə üzməkdə birinci olmağa çalışacaq.
Bu kateqoriyanın təsnifat mərhələsinə 11:30-da, finala 19:30-da start veriləcək.
Digər paraüzgüçü Könül Süleymanova S2 kateqoriyasında 50 metr məsafəyə arxasıüstə üzəcək. Bu yarışın təsnifat mərhələsi 13:09-da, finalı 21:50-də olacaq.
Parataekvondoçu Əbülfəz Abuzərli (80 kq) K44 kateqoriyasında gücünü göstərəcək. Yarışın təsnifat mərhələsi 12:00-16:30, finalı 19:00-23:30-da başlayacaq.
Paraatıcı Aybəniz Babayeva P2 kateqoriyasında 10 metr məsafəyə atəşaçma üzrə mübarizəyə başlayacaq. Bu yarışın təsnifat mərhələsinə 14:00-da, finalına 16:45-də start veriləcək.
Xatırladaq ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.