ŞOK! Azərbaycan millisinin üzvü Almaniyaya gedib, geri qayıtmayıb
Futzal üzrə Azərbaycan yığmasının əsas üzvlərindən Ramiz Çovdarov yayda yollandığı Almaniyadan geri qayıtmayıb.
Mediasport.az saytına daxil olan məlumata görə, 33 yaşlı futzalçı şəxsi işləri ilə əlaqədar 5 aydan çoxdur bu ölkəyə gedib.
Lakin Çovdarovdan bundan sonra xəbər çıxmayıb.
Məlum olub ki, o, artıq karyerasını Almaniyanın "Fortuna" futzal klubunda davam etdirir.
Futzal çempionatının son turunun "Arminiya" ilə 4:4 başa çatan oyununda 3 qol da vurub.
Maraqlıdır ki, bu barədə Azərbaycan Futzal Federasiyasını məlumatlandırmayıb.
Federasiyadan sorğumuza bildirilib ki, Ramiz Çovdarov yayda Almaniyaya ailəsini görmək üçün yollandıqdan sonra geri qayıtmayıb və karyerasını rəsmən hansı klubda davam etdirdiyini federasiyaya bildirmədiyi üçün qurum onun harada oynadığını təsdiq edə bilmir.