Yalnız iki klub maksimum nəticə ilə irəliləyir - Çempionlar Liqası
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində ilk gün 8 görüş baş tutub.
Mediasport.az xəbər verir ki, A, B, C və D qruplarında mübarizə aparan komandalardan yalnız ikisi - “Bavariya” və “Real” maksimum nəticə ilə irəliləməyə müvəffəq olub.
UEFA Çempionlar Liqası. Qrup mərhələsi. 3-cü tur
A qrupu
“Qalatasaray” (Türkiyə) – “Bavariya” (Almaniya) 1:3
“Mançester Yunayted” (İngiltərə) – “Kopenhagen” (Danimarka) 1:0
Xal durumu: “Bavariya” – 9, “Qalatasaray” – 4, “Mançester Yunayted” – 3, “Kopenhagen” – 1.
B qrupu
“Lans” (Fransa) – PSV (Niderland) 1:1
“Sevilya” (İspaniya) – “Arsenal” (İngiltərə) 1:2
Xal durumu: “Arsenal” – 6, “Lans” – 5, “Sevilya” – 2, PSV - 2.
C qrupu
“Braqa” (Portuqaliya) – “Real” (İspaniya) 1:2
“Union” (Almaniya) – “Napoli” (İtaliya) 0:1
Xal durumu: “Real” – 9, “Napoli” – 6, “Braqa” – 3, “Union” - 0.
D qrupu
“İnter” (İtaliya) – “Zalsburq” (Avstriya) 2:1
“Benfika” (Portuqaliya) – “Real Sosyedad” (İspaniya) 0:1
Xal durumu: “Real Sosyedad” – 7, “İnter” – 7, “Zalsburq” – 3, “Benfika” - 0.