Məşhur idmançı ikinci dəfə "xərçəng" xəstəliyinə yoluxub
Amerikalı sabiq tennisçi Kris Evert son 2 ildə ikinci dəfə "xərçəng" xəstəliyinə tutulub.
Mediasport.az xəbər verir ki, o, məsələ ilə bağlı sosial şəbəkə hesabında (X platformasında) paylaşım edib:
"Yenidən "xərçəngə" yoluxdum. Əsla eşitmək istəmədiyim diaqnoz idi, lakin erkən məlumatlandığım üçün bir az xoşbəxtəm".
18 dəfə "Böyük Dəbilqə" turnirini qazanan keçmiş raketka ustası peşəkar idmançı karyerasını başa vurduqdan sonra şərhçi kimi çalışıb.