Nazarov növbəti qolunu vurdu, komandası darmadağına sevindi

Nazarov növbəti qolunu vurdu, komandası darmadağına sevindi

Almaniya üçüncü Bundesliqasında 19-cu turun oyunları keçirilir.

mediasport.az xəbər verir ki, Azərbaycan millisinin keçmiş futbolçusu Dmitri Nazarovun formasını geyindiyi "Erzgebirge" doğma meydanda "Bayroyt"a 4:0 hesabı ilə qalib gəlib.

Yığmamızın sabiq üzvü meydana start heyətində çıxıb və 77-ci dəqiqədə əvəzlənib. O, Aue təmsilçisinin 76-cı dəqiqədə son qolunu vurub.

Lider "Elversberq"dən 24 xal geri qalan "Erzgebirge" 20 xalla 14-cü pillədə qərarlaşıb.