Tarixin ən önəmli qurtarışlarından biri üçün fləşmob keçirilib - FOTO

Tarixin ən önəmli qurtarışlarından biri üçün fləşmob keçirilib - FOTO

Argentinanın Rio Terkero şəhərində maraqlı fləşmob gerçəkləşdirilib.

Mediasport.az xəbər verir ki, 2022-ci ildə keçirilən dünya çempionatının finalında kritik qurtarışa imza atan argentinalı qapıçı Emiliano Martinesin epizodu canlandırılıb.

Xatırladaq ki, əsas vaxtı 2:2 hesabı ilə bitən matçda əlavə 30 dəqiqə də oynanılıb. Burada da tərəflər hərəyə bir dəfə fərqləniblər - 3:3. Martines Fransa millisinin üzvü Randal Kolo Muaninin zərbəsini zərərsizləşdirərək komandasını real qoldan xilas edib.

Nəticədə, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Argentina 4:2 hesabı ilə qalib gələrək 3-cü dəfə dünya çempionu tituluna yiyələnib.