28 yaşlı tovuzlu idmançı Slovakiyada rəqibinə 36 saniyəyə qalib gəldi
Slovakiyanın Bratislava şəhərində keçirilən “Real Fight Arena” (RFA) üzrə qaydasız döyüş çempionatında MMA üzrə idmançımız Yüksəl İbrahimov uğurlu çıxış edib.
mediasport.az xəbər verir ki, həmyerlimiz meydan sahibi rəqibinə 36-cı saniyədə boğucu fəndlə qalib gəlib.
Tovuzda anadan olmuş 28 yaşlı idmançı peşəkar K-1 və MMA döyüşçüsüdür. 2019-cu ildən etibarən Slovakiyada qaydasız döyüş, boksinq və kikboksinq üzrə dərs deyir. Eyni zamanda, K-1 və MMA üzrə yarışlarda iştirak edir.