"Traktor" əzəli rəqibi "Sepahan"ı səfərdə məğlub edərək lider oldu

"Traktor" əzəli rəqibi "Sepahan"ı səfərdə məğlub edərək lider oldu

İran çempionatında 6-cı turun oyunları keçirilir.

Mediasport.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” səfərdə əzəli rəqiblərdən “Sepahan”la qarşılaşıb.

Xorvatiyalı Draqan Şkoçiçin rəhbərlik etdiyi "al qurdlar" 31-ci dəqiqədə azlıqda qalsalar da, hissəsnin sonlarında matçın taleyini həll edən qolu vurublar - 1:0.

Təbriz klubu qələbə sayəsində topların daha yaxşı fərqinə görə 13 xalla liderliyə yüksəlib.

Eyni xala malik “Malavan” ikinci, “Sepahan” üçüncü yeri tutur.