"Turan Tovuz"dan yeni layihə: Bu dəfə azyaşlı fanatları sevindirdilər

"Turan Tovuz"dan yeni layihə: Bu dəfə azyaşlı fanatları sevindirdilər

“Turan Tovuz” futbol üzrə Azərbaycan Premyer Liqasının son turu çərçivəsində baş tutan “Kəpəz”lə oyunda tərəfdaşı “Baku Electronics”in nəzdində yaradılmış "Təkan" fondunun dəstəyi ilə aksiya təşkil edib.

Mediasport.az xəbər verir ki, matç müddətində balaca azarkeşlər üçün əyləncəli oyunlar aksiyası keçirilib.

Belə ki, görüş başlamazdan əvvəl stadiona gələn uşaqlara futbol topları hədiyyə oyunub, onlar üçün maraqlı "face art" təşkil edilib.

Bundan əlavə “Baku Electronics”in maskotu olan “Sizin Adam” balaca azarkeşləri əyləndirərək oyuna rəng qatıb.