“Qarabağ”ın Avropa Liqasının əsas mərhələsində şansları açıqlandı
UEFA Avropa Liqasının Liqa mərhələsinin bu həftə baş tutacaq oyunları ərəfəsində komandaların şansları açıqlanıb.
Mediasport.az xəbər verir ki, beynəlxalq ekspertlər qrupu 36 iştirakçının 1/8 final və pley-offa vəsiqə ehtimallarını müəyyənləşdirib.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin birbaşa 1/8 finala yüksələcək 1-8-ci yerlərdən birini tutmaq ehtimalı 13 faiz qiymətləndirilib.
Ağdam klubunun pley-off şansı daha yüksək hesab olunur. Ehtimallara görə, təmsilçimiz 21 faiz 9-16-cı, 26 faiz 17-24-cü yerlərdən birini tutacaq.
Ümumilikdə, "köhlən atlılar"ın pley-off ehtimalı 47 faizə bərabərdir.
“Qarabağ”ın ilk 24 yerdən heç birini tutmamaq ehtimalı 40 faizlə dəyərləndirilir. Bu, avrokubok mövsümünün bitmək təhlükəsinin nisbətən aşağı olması deməkdir.
1-8-ci yerlərə isə 9 real namizəd göstərilir. Bunlar “Roma”, “Tottenhem”, “Latsio”, “Porto”, “Ayntraxt”, “Reyncers”, “Ayaks”, “Sparta” və “Mançester Yunayted”dir.
Xatırladaq ki, Azərbaycan çempionunun yarışın əsas mərhələsində ilk dueli sentyabrın 26-da səfərdə "Tottenhem"ə qarşı olacaq.