Daha bir cüdoçumuz Portuqaliyada Avropa çempionu oldu - 5-ci QIZIL!
Azərbaycanın yeniyetmə cüdoçuları Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatında 5-ci qızıl, ümumilikdə 8-ci medalı qazanıblar.
MediaSport.az xəbər verir ki, -66 kq-da yarışan Əbil Yusubov bütün rəqiblərindən üstün olub.
Finalda portuqaliyalı Rodriqo Caneyroya qalib gələn idmançımız Avropa çempionu adına yiyələnib.
Ondan başqa, -52 kq-da Xədicə Qədəşova, 66 kq-da Mehdi Cəfərov 3-cü yeri tutub.
Qeyd edək ki, cüdoçularımız daha əvvəl birincilikdə 5 medala sahib çıxıblar. Vüsalə Hacıyeva (48 kq), Məhəmməd Musayev (60 kq), Məhəmməd Məmişov (50 kq) və Mirxaliq İskəndərov (55 kq) AÇ-ni qızıl, 55 kq-da Əhməd Rüstəmov isə bürünc medalla başa vurub.