Yaponiya Qran-prisinin qalibi müəyyənləşib - "Formula 1"
"Formula 1" üzrə Yaponiya Qran-prisinin qalibi müəyyənləşib.
Mediasport.az xəbər verir ki, “Red Bull” komandasının pilotu Maks Ferstappen yenə bütün rəqiblərini qabaqlayıb.
Niderlandlı sürücü cari mövsüm 13-cü dəfə yarışı lider başa vurub.
“McLaren”dən Lando Norris və Oskar Piastri 2-3-cü yerləri tutublar.
"Red Bull" komandası sona 6 turnir qalmış Konstruktorlar Kubokunda çempionluğunu rəsmiləşdirib.