"Vulverhempton"un keçmiş futbolçusu Bakı klubunda - RƏSMİ

 "Vulverhempton"un keçmiş futbolçusu Bakı klubunda - RƏSMİ

"Səbail" növbəti transferi reallaşdırıb.

Mediasport.az xəbər verir ki, Bayıl təmsilçisi Silven Deslandla cari mövsümün sonunadək müqavilə imzalayıb.

26 yaşlı müdafiəçi üç nömrəli formanı geyinəcək.

Kamerun əsilli fransız karyerası ərzində "Vulverhempton", “Portsmut” (İngiltərə), “Cumilya” (İspaniya), “Argeş” (Rumıniya), “Debresen” (Macarıstan) klublarında çıxış edib.