Xorvatiya finalda - Millətlər Liqası
Futbol üzrə UEFA Millətlər Liqasının "Dördlər finalı"nda ilk finalçı müəyyənləşib.
mediasport.az xəbər verir ki, Rotterdamda keçirilən Niderland - Xorvatiya qarşılaşması kifayət qədər gərgin və dramatik alınıb.
90 dəqiqəsi bərabərliklə yekunlaşan oyunun əlavə vaxtında "narıncılar"ın qapısından daha 2 top keçirən "şahmatçılar" iyunun 18-də baş tutacaq həlledici görüşə vəsiqə qazanıblar. Xorvatların rəqibi bu gün oynanılacaq İspaniya - İtaliya duelindən sonra məlum olacaq.
UEFA Millətlər Liqası. "Dördlər finalı". Yarımfinal
Niderland - Xorvatiya 2:2 (əlavə vaxtda 0:2)
Qollar: Doniell Malen, 34. Noa Lanq, 90+6 - Andrey Kramariç, 55. Mario Paşaliç, 73. Bruno Petkoviç, 98. Luka Modriç, 116.
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Niderland, Rotterdam. "De Kuip" stadionu.