Azərbaycanı Polşada bu xanım boksçular təmsil edəcəklər

Azərbaycanı Polşada bu xanım boksçular təmsil edəcəklər

Qadınlardan ibarət boks milli komandamız Polşanın Pultusk şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

mediasport.az xəbər verir ki, ölkəmiz yarışda 6 idmançı ilə təmsil olunacaq.

Mayın 26-da baş tutacaq turnirdə Baş məşqçi Yadigar Məmmədov və məşqçi İlkin Ağayevin rəhbərliyi altında Mehparə Məmmədova (48 kq), Anaxanım İsmayılova (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) mübarizə aparacaqlar.