Yığma komandamız Yunanıstana qarşı - Avropa çempionatı

Yığma komandamız Yunanıstana qarşı - Avropa çempionatı

Avropa çempionatında mübarizə aparan qadın voleybolçulardan ibarət millimiz bir günlük fasilədən sonra bu gün növbəti oyununa çıxacaq.

mediasport.az xəbər verir ki, komandamızın rəqibi Yunanıstan seçməsi olacaq.

Görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək və "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, hazırda komandamız turnir cədvəlində 3 xalla 3-cü pillədə qərarlaşıb. Voleybolçularımız Çexiyaya qalib gəlib, Almaniya və Türkiyə millilərinə məğlub olublar.

Komandamız qrupda son olaraq avqustun 23-də İsveçlə qarşılaşacaq.