Atletika üzrə kanadalı dünya çempionu 29 yaşında vəfat edib

Atletika üzrə kanadalı dünya çempionu 29 yaşında vəfat edib

Atletika üzrə dünya çempionu Şon Barber vəfat edib.

Mediasport.az xəbər verir ki, atletikanın şüvüllə tullanma növündə məşhurlaşmış idmançı 29 yaşında dünyasını dəyişib.

Ölümün səbəbi açıqlanmasa da, son vaxtlar kanadalının səhhətində bəzi problemlərin olduğu bildirilib.

Şon Barber 2016-cı ildə qanında kokain aşkarlanmasına baxmayaraq, Rio Yay Olimpiya Oyunlarında iştirak edib. Həkimlər həmin vaxt qadağan olunmuş maddənin onun bədəninə xəbəri olmadan daxil olduğunu vurğulayıblar.

Qeyd edək ki, Şon Barber 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş dünya çempionatında 5,9 metr göstərici ilə qızıl medal qazanıb.

O, həmin il Torontoda təşkil edilmiş Panamerika Oyunlarının qalibi dolub. Atlet, həmçinin, şüvüllə tullanma üzrə Kanada rekordunun (6 metr) sahibidir.