Yığma məğlubiyyətlə başlayıb

Yığma məğlubiyyətlə başlayıb

18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Gürcüstanın Telavi şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında ilk oyununu keçirib.

Mediasport.az xəbər verir ki, Cəlil Baxtiozinin baş məşqçisi olduğu komanda ilk matçında Polşa ilə qarşılaşıb.

Görüş yığmamızın məğlubiyyəti ilə yekunlaşıb - 0:3 (12:25, 16:25, 16:25).

Azərbaycan millisi dekabrın 6-da Ukrayna, 7-də Latviya, 8-də Estoniya, 9-da Gürcüstanla görüşəcək.

Turnirin qalibi AVRO-2024-ün final mərhələsində oynamaq hüququ qazanacaq.