"Yaxşı ki, tez toplarlana bildik və inamlı qələbə qazandıq"
"Neftçi"nin kişilərdən ibarət voleybol komandasının baş məşqçisi Pərviz Səmədov Azərbaycan Yüksək Liqasının 7-ci turunun "Azərreyl"lə matçından sonra (3:1) fikirlərini bölüşüb.
Mediasport.az xəbər verir ki, o, görüşə yaxşı hazırlaşdıqlarını dilə gətirib:
"İstədiyimi oyunçularımdan ala bildim. Komandamda ikinci setdə eniş yaşandı. Bir setdə voleybol şanssızlığı ilə üzləşdik. Yaxşı ki, tez toplarlana bildik və inamlı qələbə qazandıq.
Mövsümün əvvəlindən kollektivə güvənirdim. Sadəcə, voleybolçular bir-birilərinə tam uyğunlaşmamışdılar. Hazırda isə yüksəlişdəyik. Ümid edirəm ki, mövsümü birinci bitirərik".
Xatırladaq ki, paytaxt təmsilçisi hazırda yarışın turnir cədvəlində 10 xalla 4-cü pillədə qərarlaşıb.