Yüksək Liqa: "Gəncə" və "Abşeron" turu inamlı qələbə ilə başa vurublar
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında 18-ci tur çərçivəsində 3 oyun keçirilib.
Mediasport.az xəbər verir ki, qadınların mübarizəsində "Gəncə" UNEC-i, "Abşeron" isə "Milli Aviasiya Akademiyası"nı hər 3 setdə məğlub edib.
Turun son matçında "Murov Az Terminal"la "Azərreyl" qarşılaşıblar. Görüş ikincilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Yarışın turnir cədvəlində "Azərreyl" 45 xalla birinci (15 qələbə), "Abşeron" 39 xalla ikinci (13 qələbə), "Murov Az Terminal" 37 xalla üçüncü (13 qələbə), "Gəncə" 27 xalla 4-cü (9 qələbə), "Milli Aviasiya Akademiyası" 14 xalla 5-ci (4 qələbə) pillədə yer alır. Qələbəsi və xalı olmayan UNEC sonuncudur.
Azərbaycan Yüksək Liqası (qadınlar). 18-ci tur
"Gəncə" - UNEC 3:0 (25:14, 25:9, 25:8)
"Abşeron" - "Milli Aviasiya Akademiyası" 3:0 (25:19, 25:22, 25:14)
"Murov Az Terminal" - "Azərreyl" 1:3 (19:25, 17:25, 25:19, 23:25)