Yunanıstanda yüksək nəticələr əldə edən millimiz Vətənə qayıdıb

Yunanıstanda yüksək nəticələr əldə edən millimiz Vətənə qayıdıb

Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyində yüksək nəticələr əldə edən Azərbaycan idmançıları Vətənə qayıdıblar.

Mediasport.az xəbər verir ki, yığma üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Ağırlıqqaldrma Federasiyasının nümayəndələri, media nümayəndələri, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışda Azərbaycan millisi ümumilikdə 18 medal (8 qızıl, 5 gümüş və 5 bürünc) qazanıb.

Oğlanların yarışında Kamran Xappayev 3 qızıl (U-15, 61 kiloqram), Elman Kurdanov 2 gümüş və 1 bürünc (U-15, 67 kiloqram), İsa Əliyev 2 qızıl və 1 gümüş (U-15, 73 kiloqram), Aslan Əmiraslanov 3 qızıl (U-15, 89 kiloqram), Muhəmmədəli Məmmədzadə (U-15, 96 kiloqram) 1 gümüş və 2 bürünc mükafata yiyələnib, qızlardan isə Nuray Əbilova 1 gümüş (U-15, 40 kiloqram) və Malikə Biçekuyeva 2 bürünc (U-15, 55 kiloqram) medal əldə edib.

Azərbaycan millisi 15 yaşadək atletlər arasında Avropa birinciliyində komanda hesabında ikinci yeri tutub.

Komandamız ümumilikdə 709 xal toplayıb və yalnız 742 xalla çempion olan Gürcüstandan geri qalıb.