"Atletiko" Madrid derbisində məğlubiyyətdən son anda qaçıb

"Atletiko" Madrid derbisində məğlubiyyətdən son anda qaçıb

İspaniya La Liqasında 23-cü turun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, turun mərkəzi qarşılaşması dünən paytaxt Madriddə baş tutub.

Əzəli və əbədi rəqiblər - "Real" və "Atletiko" arasında baş tutan matç bərabərliklə bitib - 1:1.

Mövsümün sürpriz komandası "Jirona"nın "Real Sosyedad"la oyunda (0:0) xal itirməsindən "kral klubu" yararlana bilməyib və son dəqiqələrdə buraxdığı qolla 3 xalı əldən verib.

Yarışın turnir cədvəlində "Real" 1-ci (58 xal), "Jirona" 2-ci (56), "Barselona" 3-cü (50), "Atletiko" 4-cü (48) pillədə qərarlaşıb.

İspaniya, La Liqa

"Vilyarreal" - "Kadis" 0:0

"Osasuna" - "Selta" 0:3

"Betis" - "Xetafe" 1:1

"Real" - "Atletiko" 1:1