"Zaqreb Open"in ilk günündə yalnız 3 "bürünc" - Bu gün mübarizəyə daha 3 güləşçimiz qoşulacaq
Azərbaycanın 3 sərbəst güləşçisi Xorvatiyada keçirilən “Zaqreb Open” turnirinin bürünc medal qazanıb.
Mediasport.az xəbər verir ki, ilk gündə 7 güləşçimizdən yalnız Əliabbas Rzazadə, Nurəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq) 3-cü yeri tutub.
İslam Bazarqanov (57 kq), Zirəddin Bayramov (65 kq), Arseni Djioyev və Osman Nurmaqomedov (hər ikisi 86 kq) isə medal qazana bilməyib.
Yarışın ikinci günündə "sərbəst"lərdən mübarizəyə Georgi Meşvildişvili və Vaxit Qalayev (hər ikisi 125 kq), qadınlar arasında isə Gültəkin Şirinova (55 kq) qoşulacaq.