Ən güclü 3 futbolçunun adını açıqladı

Ən güclü 3 futbolçunun adını açıqladı

"Milan" və İtaliya millisinin keçmiş futbolçusu Paolo Maldini vaxtilə rəqib olduğu ən güclü üç futbolçunun adını açıqlayıb. MediaSport.az xəbər verir ki, əfsanəvi italyan karyerası boyu Kriştiano Ronaldo, Lionel Messi və Dieqo Maradonaya qarşı oynamağın çox çətin olduğunu deyib.

“İndiyə qədər çox futbolçu ilə rəqib olmuşam. Amma onlar arasında qarşılaşdığım ən güclülər Maradona, Ronaldo və Messidir. Onlara qarşı oynamaq həqiqətən ağır idi".

​54 yaşlı veteran  24 il (1985-2009) “Milan”ın heyətində çıxış edib.