25 yaşlı futbolçu vəfat etdi - Səbəbi bilinmir

25 yaşlı futbolçu vəfat etdi -  Səbəbi  bilinmir

Almaniyanın "Yan Regensburq" klubunun futbolçusu Aqyemanq Diavuzi dünyasını dəyişib.

Mediasport.az xəbər verir ki, o, 25 yaşında vəfat edib.

Onun ölüm səbəbi barədə məlumat verilməyib.

Qeyd edək ki, sağ cinah müdafiəçisi Aqyemanq Diavuzi cari mövsüm 12 matçda meydanda olub. O, "Leyptsiq" klubunun yetirməsi idi.