"Milan"ın əfsanəvi prezidenti 86 yaşında dünyasını dəyişdi

"Milan"ın əfsanəvi prezidenti 86 yaşında dünyasını dəyişdi

"Milan" futbol klubunun əfsanəvi prezidenti Silvio Berluskoni dünyasını dəyişib.

mediasport.az xəbər verir ki, İtaliyanın sabiq baş naziri 86 yaşında vəfat edib. 

İtalyanın ilk rəsmi milyarderlərindən sayılan biznesmen Milan klubuna 1986-2017-ci illərdə rəhbərlik edib. "Rossonerilər" onun prezidentliyi dönəmində 5 dəfə Çempionlar Liqası, 5 dəfə UEFA Super Kuboku, 1 dəfə Klublarası Dünya Çempionatı, 8 dəfə İtaliya A Seriyası, 1 dəfə İtaliya Kuboku, 6 dəfə isə İtaliya Superkubokunun qalibi olublar.