4 azarkeş həbs edildi
İspaniya Milli Polisi futbol üzrə La Liqanın hesabat turu çərçivəsində keçirilmiş "Valensiya" - "Real" oyununda qonaq komandanın hücumçusu Vinisius Juniorun məruz qaldığı irqçiliyə görə 4 nəfəri həbs edib.
mediasport.az xəbər verir ki, təhqiredici şüarları müəyyənləşdirən təhlükəsizlik əməkdaşları "Mestalya" stadionunun müşahidə kameralarını izləyərək detalları araşdırır.
Hüquq-mühafizə orqanları irqçiliyə qarşı kampaniya çərçivəsində həm La Liqa, həm də İspaniya Futbol Federasiyası ilə sıx əməkdaşlıq qurub.
"Valensiya" rəhbərliyi hadisənin ertəsi gün açıqlama yayaraq bildirib ki, braziliyalı futbolçuya qarşı irqçi şüarlar səsləndirən azarkeşlər "Mestalya" stadionuna ömürlük buraxılmayacaqlar.