Türkiyəli hakim, həyat yoldaşı və uşaqları da zəlzələnin qurbanı oldu
Fevralın 6-da Türkiyənin 10 bölgəsində baş vermiş dəhşətli zəlzələnin fəsadları davam etməkdədir.
mediasport.az xəbər verir ki, həyatını itirmiş 30 mindən çox insan arasında idmançılar, məşqçilər kifayət qədərdir.
Faciənin 8-ci günündə dağıntılar altından daha bir idman adamının cansız cəsədi çıxarılıb.
Türkiyə Futbol Federasiyasının yaydığı məlumata görə, B kateqoriyalı köməkçi hakim Adəm Şahan, onun həyat yoldaşı və 2 uşağı zəlzələ nəticəsində həlak olub.