"Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyənləşdi

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyənləşdi

2016-cı ildən Bakıda təşkil edilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyənləşib.

mediasport.az xəbər verir ki, yarışın qalibi adını "Red Bull"un pilotu Serxio Peres qazanıb.

Onun komanda yoldaşı Maks Ferstappen ikinci, "Ferrari"dən Şarl Lekler üçüncü yeri tutub.

"Aston Martin"dən Fernando Alonso dördüncü, "Ferrari"nin digər sürücüsü Karlos Sayns beşinci olub. 7 qat Dünya çempionu, "Mercedes"də çıxış edən Lüis Hemilton Qran-prini altıncı sırada başa vurub.