8 Noyabr - Zəfər Gününə həsr olunmuş turnir start götürüb
Bakı Atıcılıq Mərkəzində Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş atıcılıq turnirinə start verilib.
Federasiyadan Mediasport.az saytına verilən məlumata görə, turnirin təşkilində əsas məqsəd Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü naminə canından keçmiş şəhidlərimizin əziz xatirəsi əbədiləşdirmək, idmançılarda yarış təcrübəsi və ustalığı inkişaf etdirmək, həmçinin atıcılıq idman növünü gənclər arasında təbliğ etmək və ölkə üzrə kütləviliyini artırmaqdır.
Güllə və stend atıcılığı üzrə üç gün davam edəcək yarışlar atıcılıq idman növünə olan marağı artırmaq və perspektivli idmançıları üzə çıxarmaq baxımından olduqca əhəmiyyətlidir.
Qeyd edək ki, turnirdə fərqlənən idmançılar müvafiq qaydalara uyğun olaraq kubok, medal və diplomlarla mükafatlandırılacaq.