"Balkan Qış Çempionatı"ında beş atlet Azərbaycanı təmsil edəcək

  "Balkan Qış Çempionatı"ında beş atlet Azərbaycanı təmsil edəcək

28-ci "Balkan Qış Çempionatı"nda Azərbaycanı təmsil edəcək atletlərin adları açıqlanıb.

Mediasport.az xəbər verir ki, Yekaterina Sarıyeva və Rüstəm Məmmədov üç təkanla tullanma, Kəsgin Abbaszadə uzunluğa tullanma, Lamiyə Vəliyeva 400 metr, Əlhəm Nağıyev isə 60 metr məsafəyə qaçış üzrə mübarizə aparacaq.

Turnir bu gün, Türkiyənin İstanbul şəhərində start götürəcək.

Xatırladaq ki, "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 21 ölkədən 108 qadın, 131 kişi atlet olmaqla ümumilikdə 239 idmançı qüvvəsini sınayacaq.