AFFA "Qəbələ"nin məşqçisinə 5 oyunluq cəza verdi!

AFFA "Qəbələ"nin məşqçisinə 5 oyunluq cəza verdi!

AFFA İntizam Komitəsi “Qəbələ”nin əvəzedici komandasının məşqçisi Elçin Rzazadəya ağır cəza verib.

mediasport.az xəbər verir ki, gənc mütəxəssis 5 oyunluq cəzalandırılıb.

Buna səbəb qapıçılar üzrə məşqçinin “Zaqatala”ya qarşı Birinci Divizionun XXIX tur matçından sonra rəsmi şəxslərə qarşı qeyri-etik ifadələr işlətməsi olub. AFFA İntizam Komitəsi həmin oyunda qırmızı vərəqə alan Rzazadəyə 5 matçlıq cəza tətbiq etməklə yanaşı, klubunu da 400 manat məbləğində cərimələyib.

İntizam Komitəsi əsas komandanın futbolçusu Urfan Abbasovu da cəzalandırıb. Premyer Liqanın XXXIV turunda “Turan Tovuz”la keçirilən oyunda ikinci sarı vərəqə alaraq meydandan qovulan “qırmızı-qaralar”ın vitse-kapitanı bir matçlıq diskvalifikasiyaya məruz qalıb. "Qəbələ" buna görə 200 manat da cərimə ödəyəcək.