"Vüqar Həşimov Memorialı-2022" ABŞ-ın məşhur meydanında

"Vüqar Həşimov Memorialı-2022" ABŞ-ın məşhur meydanında

"Vüqar Həşimov Memorialı-2022" VIII beynəlxalq şahmat turnirinin afişası ABŞ-ın məşhur "Times" meydanında nümayiş olunub.

mediasport.az xəbər verir ki, Nyu-York sakinləri yarış barədə məlumatı şəhərin ən prestijli monitorları vasitəsilə izləyiblər.

"Vüqar Həşimov Memorialı-2022"də 7 ölkə - Azərbaycan, ABŞ, Çin, Hindistan, Özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı iştirak edəcək.

Memorial rapid və blits üzrə təşkil olunacaq. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə 17 - 24 dekabrda “Fairmont Baku” hotelində baş tutacaq.