Asiya Kuboku: Özbəkistan və Cənubi Koreya 1/4 finalda!

Asiya Kuboku: Özbəkistan və Cənubi Koreya 1/4 finalda!

Asiya Kuboku turnirində 1/8 final mərhələsinin oyunları bu gün başa çatacaq.

Mediasport.az xəbər verir ki, dünən keçirilən oyunlarda Özbəkistan Tailandı (2:1), Cənubi Koreya Səudiyyə Ərəbistanını (1:1, penaltilər - 4:2) mübarizədən kənarlaşdırıb.

Bu gün 1/4 finalın sonuncu iştirakçılarının adları müəyyənləşəcək.

Öncə E qrupunu lider bitirən Bəhreyn D qrupunun ikincisi Yaponiya ilə qarşılaşacaq.

Sonra C qrupunu maksimum nəticə ilə başa çatdıran İran B qrupunu üçüncü sırada bitirən Suriya ilə üz-üzə gələcək.

Asiya Kuboku

15:30 Bəhreyn - Yaponiya

20:00 İran - Suriya