İki idmançımız İtaliyaya yollandı
Azərbaycanın iki paralimpiyaçısı İtaliyanın Cesolo şəhərində keçiriləcək Qran-pri yarışında iştirak edəcək.
mediasport.az xəbər verir ki, bu turnirdə atletika üzrə paralimpiya çempionları Orxan Aslanov və Lamiyə Vəliyeva mübarizə aparacaqlar.
Onlar bu gün start götürəcək Qran-priyə qatılmaq üçün İtaliyaya yollanıblar. Turnir mayın 15-dək davam edəcək.
Qran-pri bu ilin iyulunda Fransanın paytaxtı Parisdə keçiriləcək Dünya çempionatına lisenziya qazandırır.