"Böyük Dəbilqə"də ilk gün: 13 cüdoçudan yalnız 3-ü medal qazandı
Bakıda start götürən Böyük Dəbilqə turnirinin ilk günündə Azərbaycanın ümumilikdə 13 idmançısı qüvvəsini sınayıb.
mediasport.az xəbər verir ki, kişilər arasında 60 və 66 kq, qadınlar arasında isə 48, 52 və 57 kq çəki dərəcələrində mübarizə baş tutub, idmançılarımızdan yalnız 3-ü uğur qazana bilib.
60 kq çəki dərəcəsində yarışan Balabəy Ağayev bütün rəqiblərindən üstün olaraq qızıl medala yiyələnib. Eyni çəkidəki digər təmsilçimiz Kəramət Hüseynov bürünc medalla kifayətlənib. 66 kq-da mübarizə aparan Orxan Səfərov da 3-cü yeri tutub.