Avropa Liqasında həftənin ən yaxşı futbolçusu kim olacaq?

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu kim olacaq?

Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu olmağa namizədlərin siyahısı açıqlanıb.

mediasport.az xəbər verir ki, qalib adına ənənəvi olaraq 4 namizəd var.

Bunlar “Omoniya”nın (Kipr) qapıçısı Fransis Uzoho, PSV-nin (Niderland) yarımmüdafiəçisi Joey Veerman, “Şturm”un (Avstriya) hücumçusu Uilyam Bovinq və “Braqa”nın (Portuqaliya) forvardı Vitor Oliveyradır. Həftənin ən yaxşısı azarkeşlər arasında UEFA-nın rəsmi saytında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.