"Qarabağ"ın futbolçularının 27 yaşlı komanda yoldaşı qəfil vəfat etdi
Monteneqro futbolunda facəvi hadisə yaşanıb.
Mediasport.az xəbər verir ki, milli komandanın qapıçısı Matiya Şarkiç qəfil vəfat edib.
“Qarabağ”ın futbolçuları Marko Yankoviç və Marko Veşoviçin komanda yoldaşı 27 yaşında dünyasını dəyişib.
Hadisə Budva şəhərində qeydə alınıb.
Həkimlər yaşadığı evdə özünü narahat hiss edən qolkiperin həyatını xilas edə bilməyiblər. Onun ölümünə ilkin səbəb kimi ürəktutması göstərilir.
Xatırladaq ki, İngiltərənin “Miluoll” klubunun üzvü bir neçə gün əvvəl milli komandanın heyətində Belçika ilə yoxlama matçında meydanda olub.
O, 2019-cu ildən dəvət aldığı millidə 9 oyun keçirib.