Azərbaycan ilk dəfə Dünya Kubokunda - Baş katibdən AÇIQLAMA

Azərbaycan ilk dəfə Dünya Kubokunda  - Baş katibdən AÇIQLAMA

“Biz hər il dekabr ayında bu turniri təşkil edirik. Artıq "Prezident Kuboku"na yekun vuruldu və qalibləri mükafatlandırdıq".

mediasport.az xəbər verir ki, bu sözləri Çövkən Milli Atüstü oyunu üzrə “Prezident Kuboku”nun bağlanış mərasimində Azərbaycan Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev deyib.

Federasiya rəsmisi bildirib ki, Azərbaycan ilk dəfə Dünya Kubokunda iştirak edəcək:

"Yarış gələn il yanvarın sonlarında İsveçrədə təşkil olunacaq. Atçılıq Federasiyası ilk dəfə Dünya Kubokuna qatılacaq. "Prezident Kuboku"na gəlincə, turnirdə beş komanda iştirak edirdi. Komandalar qalibiyyət üçün 3 xal, bərabərlik üçün 1 xal əldə edirdi. Finaldakı komandalar qrup oyunlarında ən çox xal toplayan 2 komanda oldu. Bundan əvvəlki oyunda isə biz 3-cü yeri təyin etdik”.