Taekvondoçularımız "Prezident Kuboku"nu 12 medalla başa vurub
Estoniyanın paytaxtı Tallinndə taekvondo üzrə "Prezident Kuboku"na yekun vurulub.
Mediasport.az xəbər verir ki, yarışın son günündə gənclərdən ibarət Azərbaycan millisi 5 medal qazanıb.
Komandamızın heyətində Gülü Zamanlı (42 kq) bütün rəqiblərinə qalib gələrək, birinci yeri tutub.
Yalnız finalda məğlub olan Məhəmməd Həsənli (48 kq) gümüş medala yiyələnib.
Seyidxanım Məmmədova (49 kq), Mehdi Budaqlı (45 kq) və Ziya Həsənli (55 kq) üçüncü yeri tutublar.
Bununla da Azərbaycan taekvondoçuları yarışı 12 medalla başa vurublar.
Daha öncə kiçikyaşlı idmançıların yarışında 1 gümüş mükafat əldə edən komandamız yeniyetmələrin mübarizəsində isə 1 qızıl, 2 gümüş və 3 bürünc medala yiyələnib.