Avropa çempionatında Azərbaycanı iki idmançı təmsil edəcək

Avropa çempionatında Azərbaycanı iki idmançı təmsil edəcək

Azərbaycan millisi Sloveniyanın Bled şəhərində keçiriləcək akademik avarçəkmə üzrə Avropa çempionatında iki idmançı ilə təmsil olunacaq.

mediasport.az xəbər verir ki, turnirdə Bəhmən Nəsiri və Ziya Məmmədzadə mübarizə aparacaq.

Məmmədzadə yüngül, Nəsiri isə ağır çəkili avarçəkənlər arasında çıxış edəcək. Hər iki idmançı 2000 metr məsafədə yarışacaq.

Qitə birinciliyi 25-28 may tarixlərində baş tutacaq.