Xəzərdə test yürüşü keçirilib
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) Xəzər dənizində test yürüşü keçirib.
mediasport.az xəbər verir ki, qurum yaxın gələcəkdə dənizdə avarçəkmə üzrə müxtəlif təlim-məşq toplanışları və yarışların təşkilini planlaşdırır.
Bildirilib ki, paytaxt Bakıda əhalinin daha çox yaşadığı nəzərə alınaraq, bu addım gələcəkdə milli komandanın formalaşdırılmasında da mühüm rol oynayacaq.
Azərbaycanda avarçəkmə idmanı ilə peşəkar olaraq 1930-cu illərin sonundan məhz Xəzər dənizində məşğul olunmağa başlanılıb. 1933-cü ildə 3 yaxt klub istifadəyə verilib. O dövrdə Bakı buxtasında yarışan avarçəkənlərin mübarizəsini dənizkənarı bulvardan müşahidə etmək mümkün olub.