Azərbaycan idmançıları Özbəkistanda 5 medal qazanıblar
6-9 sentyabr tarixlərində Özbəkistanın Xivə şəhərində Beynəlxalq Etnosport İdman Festivalı keçirilib.
Mediasport.az xəbər verir ki, festivalda ölkəmizi Azərbaycan milli idman növləri üzrə 14 idmançı təmsil edib.
Mas-reslinq yarışlarında Cahangir Yaqubov ikinci, Rauf Yadigarlı və Xəyyam Orucov üçüncü yeri tutublar.
Kəmər güləşində isə təmsilçilərimizdən Tərlan Ağayev və Məhəmməd Məhəmmədzadə bürünc medal qazanıblar.